Paşinyan hakimiyyəti bu şəkildə yeni “şok səhnələri”ni cəmiyyətə təqdim etmək istəyir. İşin məntiqi sonluqla başa çatması vacib deyil, vacib olan hazırda cəmiyyəti “şou” ilə məşğul etməkdir.
Ermənistanın hakim partiyasının deputatı Andranik Köçəryan bildirib ki, Nairi Hunanyan vaxtından əvvəl azadlığa çıxmaq müraciətini müvafiq orqanlara təqdim edib.
Andranik Köçəryan isə məsələ ilə bağlı qüyd edib ki, əgər Nairi Hunanyanın deyəcəyi varsa, qoy deyəcəyi ilə çıxış etsin.
Hakim deputatın bu bəyanatından bir neçə gün sonra, oktyabrın 24-də deputat Arman Babacanyan bəyanat yayıb və bu bəyanatda Nairi Hunanyanla baş tutmuş görüşün detalları təqdim edilib. Arman Babacanyan bütün danışığı ictimaiyyətə təqdim edib.
Terrorçu Nairi Hunanyan Paşinyanla görüş təyin etmək üçün Arman Babacanyandan xahiş edib. Bu barədə görüşdən sonra Arman Babacanyanla müzakirə edən insanlar məlumat verib. Hunanyan açıq şəkildə qeyd edib ki, yalnız Nikol Paşinyanla görüşdükdən sonra edəcəklərinə qərar verəcək.
Jurnalistlər məlumatı deputat Arman Babacanyandan dəqiqləşdirməyə çalışıb, lakin onunla əlaqə saxlamaq mümkün olmayıb. Paşinyanın mətbuat katibi Vladimir Karapetyanla da əlaqə yaratmaq uğursuz olub.
Alpər Mövludoğlu
Ordu.az