Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Penitensiar Xidmətinin ictimai əlaqələr şöbəsinin rəisi Nona Navikyan bildirib.
Qeyd olunur ki, “27 Oktyabr” işi üzrə ömürlük həbs olunmuş şəxslərdən vaxtından əvvəl şərti azadlığa çıxmaqla bağlı müraciət yazan təkcə Nairi Hunanyan deyil.
Navikyanın sözlərinə görə, 2017-ci ildə, ilk dəfə qruplaşmanın 2 üzvü vaxtından əvvəl şərti azadlığa çıxmaqla bağlı xahişlə müraciət edib, lakin hər ikisi rədd cavabı alıb. Müraciəti edənlər Aşot Knyazyan və Derenik Becanyan olub.
Məsələ burasındadır ki, Cinayət Məcəlləsində dəyişiklik edilməzdən əvvəl 1 həbs günü 1.5 gün hesablanırdı. Buna görə də, “27 Oktyabr” işi üzrə həbs olunmuş şəxslərin 20 ili ilkin həbs olunma günündən hesablanaraq 2017-ci ildə tamam olurdu.
“Aşot Kyazyan 2019-cu il aprelin 16-da ikinci dəfə müraciət edib. Penitensiar xidmət və Probasiya xidməti bununla bağlı mənfi hesabatlar təqdim edib. Hesabatlar nəticəsində müraciət rədd dilib”, - deyə Navikyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az