NATO rəhbəri Almaniyanın Suriyadakı təhlükəsiz bölgə təklifini alqışlayıb

2018/12/thumb-1544011957.jpg
Oxunub: 11537     11:54     26 Oktyabr 2019    
“Suriyanın şimal-şərqində davamlı həll yolu əldə etmək üçün bütün vasitələrin araşdırılması çox vacibdir. Bu baxımdan Almaniya Müdafiə nazirinin təhlükəsiz bölgə və beynəlxalq iştirakın artırılması təklifini alqışlayıram”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq cümə günü jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu istiqamətdə lazımi siyasi dəstəyi toplamaq üçün hələ görüləsi işlər var.

“Suriyanın şimalındakı mövcud vəziyyət dayanıqlı deyil, beynəlxalq birlik bütün bu problemləri həll etməyə çalışmaq məsuliyyəti daşıyır”, - deyə Stoltenberq qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə Almaniya Müdafiə naziri Anneqret Kramp-Karrenbauer Suriyanın şimal-şərqində beynəlxalq səviyyədə izlənilən təhlükəsizlik zonasının yaradılması barədə təklif irəli sürüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Almaniya  


Bizi "telegram"da izləyin