Çiyinlərimdə "leytenant" rütbəsi, müqəddəs vəzifəni yerinə yetirirəm - Vətəni qoruyuram!

2019/10/4ca21-1572072707.jpg
Oxunub: 1572     12:12     26 Oktyabr 2019    
Leytenant Oruc Əsgərlinin bu peşəyə olan sevgisi 15 yaşı olarkən ona hərbi mundiri daşımaq sevincini yaşadıb. 2012-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini rabitə ixtisası üzrə müvəffəqiyyətlə bitirib. "Leytenant" rütbəsini bir neçə aydır çiyinlərində daşıyan zabitimizlə həmsöhbət olduq.

- Əmim Əli Əsgərov müharibə veteranıdır, - gənc zabit dedi. - 1992-ci ildə Qarabağ döyüşlərinin iştirakçısı olub. Uşaqlığımdan mənə döyüşlərdən söz açıb, ermənilərin xalqımızın başına açdığı faciələrdən danışıb. Elə o vaxtdan məndə düşmənə qarşı nifrət hissi oyanıb. Bir dəfə atamla parkda gəzərkən Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını gördüm. Hər dəfə onları gördükcə gələcəkdə hərbçi olmaq arzum daha da böyüyürdü. Qərarımı valideynlərimə dedim. Seçimimə hamıdan çox sevinən atam oldu. Bu gün çox xoşbəxtəm ki, arzuma çatmışam. Çiyinlərimdə "leytenant" rütbəsi, müqəddəs vəzifəni yerinə yetirirəm - Vətəni qoruyuram!

Danışdıqca simasında əks olunan sevinc və həyəcanı, qürurlu baxışları gözlərindən sezilən gənc zabitimiz peşəsinə sonsuz sevgi ilə bağlandığını büruzə verirdi.

Leytenant düşüncələrinə sarılıb dedi ki, məzun olduğu günü heç vaxt unutmayacaq. "Mərasimdən sonra təntənəli marşla valideynlərimizin qarşısından keçdik. Onların qürurlu baxışlarını gördükcə seçdiyim peşənin müqəddəsliyini dərk edir, daşıdığım formayla bir daha qürur duyurdum. Tədbirdən sonra bizi məzuniyyətə göndərdilər. Evə gəldiyimdə gördüyüm mənzərə məni xoşbəxt etdi. Bütün tanışlarım, həmçinin mənimlə həmişə fəxr etdiyini deyən babam Oruc Əsgərov da bizə toplaşanlar arasında idi. Babamın gedərkən mənə dediyi "komandirlərinin sözündən çıxma, nizamnamələrin tələblərini pozma, Vətəninə layiqli zabit ol, xalqına şərəflə xidmət et" sözlərini yaddaşıma həkk edərək Azərbaycan Ordusuna layiqli zabit olacağıma söz verdim.

Seçdiyi peşənin çətinliyi ilə yanaşı, şərəfli olduğunu deyən leytenant O.Əsgərli Vətəni qorumağın hamımızın borcu olduğunu bildirdi. "Həyatda asan peşə yoxdur. Əgər bir işdə uğur qazanmaq, seçdiyin sənətin peşəkarı olmaq istəyirsənsə, gərək hər çətinliyinə də dözəsən. Bəli, hərb peşəsi çətin və məsuliyyətli peşədir. Hərbi forma daşıyan hər kəs bu peşənin çətinliyini dərindən dərk edir. Hansı şəraitdə xidmət etməyimizdən asılı olmayaraq bizlər peşəmizi sevirik. Bu peşənin müqəddəsliyi ondadır ki, xalq sənə güvənir, inanır, arxalanır. Ona görə də istənilən şəraitdə, ölkəmizin hər bir bölgəsində torpaqlarımızı qorumaq borcumuzdur."

Orucun gənc zabit olmasına baxmayaraq, kifayət qədər bacarıqlı və savadlı olduğu hiss olunurdu. Tabeliyində olan əsgərlərin nizam-intizamı, səliqə-sahmanı onun öz vəzifəsinin öhdəsindən bacarıqla gəldiyini deməyə əsas verir.

- Təcrübəli zabitlərimiz kapitan Tapdıq İbrahimov, kapitan Novruz İsmayılov və başqaları daim mənə köməklik göstərir, öz təcrübələrini bölüşürlər, - deyə müsahibim bildirdi. - Əsgərlərimizi Vətənimizə sədaqətlə xidmət edən döyüşçülər kimi yetişdirmək üçün əlimizdən gələni əsirgəmirik. Əsas vəzifəmiz tabeliyimizdəki şəxsi heyəti bacarıqlı, peşəkar bir döyüşçü kimi formalaşdırmaqdır. Aprel döyüşlərindəki qələbəmiz xalqın orduya güvənc hissini daha da artırdı. Bu gün hər birimiz Ali Baş Komandanın döyüş əmrinə hər an hazırıq və Böyük Qələbəni qazanacağımıza tam əminik.

Məhəmməd Nəsirli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Zabit  

Çiyinlərimdə "leytenant" rütbəsi, müqəddəs vəzifəni yerinə yetirirəm - Vətəni qoruyuram!

2019/10/4ca21-1572072707.jpg
Oxunub: 1573     12:12     26 Oktyabr 2019    