Prezident: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır”

2019/10/15719-1571999562.jpg
Oxunub: 807     13:11     25 Oktyabr 2019    
Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonu daxil olmaqla ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb və bir milyona yaxın insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə çıxışı zamanı deyib.

Prezident Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi Xocalı soyqırımı və həmin soyqırım zamanı 613 nəfər dinc sakinin qətlə yetirildiyini vurğulayıb.

Dövlət başçısı deyib ki, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələri 26 ildir kağız üzərində qalır. Amma bəzi dövlətlərlə bağlı qətnamələr var ki, bir neçə günün içində həyata keçirilib. Bu, ikili standartlar siyasətinə son qoyulmalıdır.

Prezident bir sıra beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünün təminini tələb edən qətnamələr qəbul etdiklərini xatırladıb.

“Qoşulmama Hərəkatının sənədlərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana verilən dəstəyə görə üzv dövlətlərə təşəkkür edirəm. İşğal edilmiş ərazilərimizdə bütün tarixi abidələrimiz, məzarlıqlar dağıdılıb. Ermənistan məqsədli şəkildə bütün toponimləri erməniləşdirir. Qeyri-qanuni məskunlaşdırma siyasəti aparır.

2016-cı ilin aprelində Ermənistanın hərbi təxribatı nəticəsində aralarında uşaq olmaqla 6 mülki şəxs öldürülüb, 26 nəfər yaralanıb. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   İlham-Əliyev  

Prezident: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır”

2019/10/15719-1571999562.jpg
Oxunub: 808     13:11     25 Oktyabr 2019    