BMT BA-nın prezidenti: "Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə zəmanət verməliyik"

2019/10/Muham-1571994665.jpg
Oxunub: 17194     13:08     25 Oktyabr 2019    
"Hərəkat ölkələrində çox sayda böhran və münaqişələr var. Onların həllini tapmağa çalışmalıyıq".

Ordu.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande Bakıda Qoşulmama Hərəkatının XVIII sammitinin açılışında deyib.

Onun sözlərinə görə, BMT və Qoşulmama Hərəkatı dünyanı xilas etmək və təhlükəsizliyi təmin etmək naminə ortaq fikrə sadiqdir.

"Sülhə və təhlükəsizliyə, ölkələrin ərazi bütövlüyünə və suverenliyinə, demokratiya və insan hüquqlarına zəmanət verməliyik. Qoşulmama Hərəkatının insan hüquqları prinsiplərinə riayət etməsi də vacibdir. Hərəkat ölkələrində çox sayda böhran və münaqişələr var. Onların həllini tapmağa çalışmalıyıq. Həmçinin onların qarşısını almaq üçün profilaktik tədbirlər görmək lazımdır", - deyə M. Bande bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Münaqişə  


Bizi "telegram"da izləyin