İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində baş verən hadisəni araşdıran müstəntiqin əsl canini gizlətmək məqsədilə saxta cinayət işi ilə başqa bir günahsız hərbi qulluqçunu ittiham etdiyi ortaya çıxıb.
Ordu.az xəbər verir ki, Ağdərə hərbi polisindən Vahaq Avenisyan zəng edərək kürd əsilli hərbçi Armen Asiryanın təcili Artaşata məhkəməyə gətirilməsini tələb edib.
Yaxınlarının dediyinə görə, müstəntiq əsl cinayətkarı gizlətmək məqsədilə saxta cinayət işi ilə A.Asiryanı həbs etdirmək istəyir.
Məhkəmə prosesi qapalı keçirilir və faktla bağlı ictimaiyyətə məlumat verilmir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Yezidilər
İşgəncə