Cinayət törədən erməni hərbçi yaxalanıb

2018/08/Untitled-5-5_1518855585_1534743389.jpg
Oxunub: 7447     12:06     25 Oktyabr 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbi qulluqçuların buraxılışda, yaxud qısamüddətli məzuniyyətdə olarkən müxtəlif cinayətlər törətməsi adi hala çevrilib.

Ordu.az xəbər verir ki, Hayko adlı zabit hərbi hissənin əməliyyat növbətçisinə zəng edərək K.Narimanyan soyadlı hərbi qulluqçunun cinayət törətdiyini və yerli polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığını çatdırıb.

K.Narimanyanın hərbi qulluqçu olduğu aydınlaşdırıldıqdan sonra, o hərbi polisə təhvil verilib.

Cinayət hadisəsinin təfərrüatları ictimaiyyətdən gizlədilsə də faktla əlaqədar araşdırma davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Cinayət  


Bizi "telegram"da izləyin