Ordu.az xəbər verir ki, qalmaqala səbəb odur ki, hadisə baş verərkən müstəntiqləri hadisəyə hüquqi qiymət verməkdən daha çox onların nə qədər pul “qoparacaqları” maraqlandırır. Bu səbəbdən də hər müstəntiq cinayət işini araşadırarkən istintaqa maksimum hərbi qulluqçu cəlb etməyə çalışır.
Məlumata görə, yuxarı qərargahın zabiti A.Mkrtumyan digər zabit B.Mxitryana zəng edərək istintaq şöbəsinin əməkdaşı Hovik Tovmasyan tərəfindən yenidən istintaqa cəlb edilməsi məqsədilə onun tabeliyində olan iki hərbi qulluqçunun müstəntiqin sərəncamına göndərilməsi tələbini çatdırıb.
Təkrar istintaqa cəlb edilən Ermənistan ordusunun əsgərlərindən biri yezidi kürd əsilli Cndoyan, digəri isə Manukyandır. Adları çəkilən hər iki əsgər Yura Simonyan adlı hərbi qulluqçunun cinayət işi ilə əlaqədar istintaqa cəlb olunublar.
Hərbi qulluqçuların yaxınlarının dediyinə görə, birinci dəfə istintaqa cəlb edilərkən onlardan rüşvət tələb olunub. Lakin yüksək vəzifəli şəxsin “xahişi” ilə Cndoyan və Manukyan cinayət işi ilə bağlı istintaqdan kənarlaşdırılıb. Pul əlindən çıxan müstəntiq qisas almaq məqsədilə, əlavə faktların ortaya çıxdığını bəhanə edərək sonradan onları yenidən istintaqa cəlb edib.
Hadisənin təfərrüatları ictimaiyyətdən gizlədilir. Y.Simonyanın cinayət işi ilə əlaqədar araşdırma davam edir.
Ordu.az