Ölən erməni hərbi qulluqçunun anası: “Mən toyuq-cücə itirməmişəm, sona qədər mübarizə aparacam”

2019/10/76-1571984016.jpg
Oxunub: 26194     10:13     25 Oktyabr 2019    
“Mənim oğlumun həyatına kim son qoyubsa, cavab verməlidir, meydanda əllərini kəsməlidirlər”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan hökumət binası qarşısında yenidən etiraz edən erməni əsgər analarından biri deyib.

Onlar məsələlərinin həll edilməsini, oğullarının kimə görə öldürülməsinin tapılmasını və günahkarların cəzalanmasını tələb edirlər.

“Hansısa bir mübahisə uşağımın həyatına son qoydu, öldürüldü. Artıq 9 il keçib, kimsə cavab verməyib. Mən toyuq-cücə itirməmişəm, sona qədər mübarizə aparacam. Mənim oğlumun həyatına kim son qoyubsa, cavab verməlidir, meydanda əllərini kəsməlidirlər. Valideyn övladını 18 il qorumayıb ki, hansısa bir mübahisə onu öldürsün”, - deyə onlardan biri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm   Etiraz  


Bizi "telegram"da izləyin