Ordu.az xəbər verir ki, bu barədə "Amerikanın Səsi" nəşrinə ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak bildirib.
"Mən yaxın vaxtlarda Bratislavada iki ölkə Xarici İşlər nazirlərini qəbul etməyi gözləyirəm", - deyə o bildirib.
Fəaliyyətdə olan sədr, həmçinin münaqişənin həlli istiqamətində Azərbaycan və Ermənistan liderləri tərəfindən həyata keçirilmiş səyləri yüksək qiymətləndirib.
"Bu il liderlər, həmçinin nazirlər səviyyəsində dialoq, müsbət əlamətlər gördük. Eyni zamanda təmas xəttində insan tələfatına səbəb olan narahatverici epizodlar qeydə alındı. Lakin indi vəziyyət, deyəsən, sabitdir", - deyə o qeyd edib.
Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həll perspektivlərini müzakirə edəcəklər.
Alpər Mövludoğlu
Ordu.az