Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə türkiyəli politoloq Cengiz Aktar Türkiyənin regionda siyasəti və bunun Cənubi Qafqaza mümkün nəticələri məsələsinə toxunarkən bildirib.
Politoloq bildirib ki, hətta Dağlıq Qarabağ münaqişəsi olmasa belə, sağlam erməni-türk əlaqələrinin olacağını düşünmür, çünki Paşinyan hökuməti öz ambisiyalarına görə qonşusu ilə yaxşı qonşuluq münasibətləri saxlaya bilmir.
"Rus-türk gündəminə gəlincə, fikrimcə, burada hazırda Qarabağ mövzusu yoxdur. Bu əməkdaşlıq bir az daha qlobaldır, xüsusilə də Rusiya tərəfindən Qərbə qarşı yönəlib. Həm Türkiyə, həm Rusiya vəziyyətində sadəcə Azərbaycan amili var, lakin o, həqiqətən güclü olsaydı, münaqişə Azərbaycanın xeyrinə həll olunardı. Belə bir ssenarinin olmaması o deməkdir ki, hər şey o qədər də birmənalı deyil", - deyə Aktar bildirib.
Alpər Mövludoğlu
Ordu.az