Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu oktyabrın 23-də “Əsgər” koordinasiya şurasının sədri Marqarita Xaçatryan jurnalistlərlə söhbəti zamanı onun ünvanına səslənən tənqidlərə toxunaraq qorxmadığını, itirəcək heç nəyinin olmadığını vurğulayıb.
Xaçatryan bildirib ki, oğlu 1996-1998-ci illərdə xidmət edəndə Babacanyan ABŞ-da olub.
“Ordu yeni təşkil edilirdi, çörək yox idi, sən indi anaları çağırırsan ki, məni ləkələyəsən”, - deyə o qeyd edib.
Xaçatryan bildirib ki, hökumətdən heç bir gözləntisi yoxdur.
“Əgər onlardan hansısa birini soruşsam, desəm ki, Cəbrayıl, Madazgiz, Talışın yerini de, Hadrut mövqelərinin yeri de, heç biri, orduda xidmət etməyənlərdən heç biri bu hərbi hissələrin yerini və ünvanını deyə bilməz”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az