Ölən erməni əsgər anası Paşinyana: “Səngərdə dayanan komandirin də maaşını artır ki, əsgərdən alınmasın”

2019/10/567-1571912797.jpg
Oxunub: 14722     14:36     24 Oktyabr 2019    
“Cənab Baş nazir, əgər pulun varsa, yerləşdirəcək yerin yoxdursa, bir nazirin maaşını 1 milyon 500 min drama qaldıra bilirsənsə, onda gəl səngərdə dayanan komandirin də maaşını artır ki, əsgərdən alınmasın”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu oktyabrın 23-də “Əsgər” koordinasiya şurasının sədri Marqarita Xaçatrayan Paşinyana müraciəti zamanı bildirib.

Xaçatryan Paşinyandan bir dəfə səngərə getməyi və əsgərlərin yaşayış tərzini görməyi tələb edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Etiraz  


Bizi "telegram"da izləyin