“Hraparak”: “Qarabağ məsələsində xoşagəlməz sürprizlər gözlənilir”

2019/10/12061-1571827901.jpg
Oxunub: 3492     16:49     23 Oktyabr 2019    
“Biz daxili-siyasi qarşıdurmalarla məşğul olduğumuz halda, ətrafımızda bizim üçün faydalı olmayan hadisələr baş verir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hrapark” qəzeti yazıb.

Qəzet qeyd edib ki, Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyası Ermənistan məsələsi üzrə yeni məruzəçi təyin edib.

“Bu, İlham Əliyevin ən yaxın adamlarından biri və Nabukko qaz kəmərinin lobbiçilərindən biri olan Ruminiyanın sabiq prezidenti Trayan Baseskudur. Avropa Parlamentinin əsas məruzəçiləri ən azı ildə bir dəfə siyasi qiymətləndirmələr təqdim edirlər. Qarabağ məsələsində öz mövqeyi ilə məşhur olan məruzəçi halında yaxın 5 ildə Avropa Parlamentinin hesabatlarında Ermənistan üçün xoşagəlməz sürprizlər gözlənilir. Səbəb Ermənistan hakimiyyətinin fəaliyyətsizliyidir.

Məlum olur ki, Ermənistan may ayından sonra formalaşdırılmış Avropa Parlamenti ilə heç bir rəsmi əlaqə qurmayıb, iş aparmayıb və səfərlər olmayıb. Nə Ermənistan XİN, nə də parlament Baseskunun təyin olunmasına mane olmağa çalışmayıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ   İşğal  


Bizi "telegram"da izləyin