Məlumata görə, karate üzrə keçmiş məşqçi kimi tanınan Samvel Ayvazyan 2018-ci ilin noyabr ayından bəri həbsdədir. Prokurorluq onu Vanadzorlu kriminal avtoritet Şaliko Manuçaryanın qətlini təşkil etməkdə ittiham edir. İttiham ağırdır - ömürlük həbs cəzası nəzərdə tutan bir qrup və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox insanın öldürülməsinə hazırlıq maddəsi (Ermənistan Cinayət Məcəlləsi 35-104-cü maddəsinin 2-ci bəndinin 7-ci altbəndi).
Müstəntiqlərin versiyasına görə, Şaliko qanuni oğru Artyom Saratovski ilə telefon əlaqəsi zamanı guya nəzakətsiz ifadələr işlədib. Qanuni oğru isə öz növbəsində adamlarına, xüsusilə Samvel Ayvazyanın vasitəsilə Şalikoya qarşı sui-qəsd təşkil etməyə cəhd edib. Maraqlıdır ki, Şaliko zərərçəkən statusundan imtina edərək, ona qarşı heç bir sui-qəsd olmadığını bildirib.
“Biz, cinayət işinin materiallarını götürüb tanış olmuşuq, baxırıq ki, hamısı qurma böhtandır. Zərərçəkən ümumiyyətlə özünü zərərçəkmiş hesab etmir. Cinayət işi ilə tanış olmaq istəmir və ümumiyyətlə bu onu maraqlandırmır. Ondan belə bir adamla mübahisə etdiyini və ondan sonra qətlinə sifariş verildiyini soruşduqda, belə bir şeyin olmadığını və yalan olduğunu qeyd edir. Qeyd edilən insanları tanımadığını bildirir”, - deyə Ayvazyanın vəkili Qurqen Hovhanisyan bildirib.
Xatırlaqaq ki, müstəntiqlərin bu iş üzrə öz versiyaları var. Həmin versiyaya görə, 2017-ci ildə bir qrup şəxslər tərəfindən Vanadzor sakini, kriminal avtoritet hesab edilən şəxsin qətlinə hazırlıq görülüb. Bu qətlin yerinə yetirilməsi üçün Ermənistan vətəndaşı olan, lakin son zamanlar xaricdə yaşayan snayper Ermənistana dəvət edilib. Snayper 2017-ci ilin aprelin 19-da Ermənistana gəlib. İlk öncə bir neçə gün hava limanı yaxınlığındakı qonaq evlərindən birində qalıb. Daha sonra cinayət ortağı ilə birlikdə aprelin 24-də Vanadzora gəlib və əvvəlcədən kirayələnən evdə qalıb.
Çox mənzilli binanın 6-cı mərtəbəsində yerləşən Şaliko Manuçaryanın mənzilinə guya kriminal aləmin hansısa nümayəndələri gəlir, telefonla səsləndirilən söyüş və təhqirlərə görə mübahisə başlayır.
Həmin vaxt eyni binanın 1-ci mərtəbəsində partlayış baş verir və bu, sui-qəsdin yerinə yetirilməsinə mane olur. 3-4 ay keçdikdən sonra ehtimal olunan “killer” Jenya Kaçakı Vanadzorda ölü halda tapırlar. Kaçak qəflətən ölüb, yoxsa onu öldürüblər? Cinayət məsələsi bugünədək naməlum olaraq qalır.
İbtidai İstintaq orqanı bir ildən artıqdır ki, Jenya Kaçakın qətlini fasiləsiz olaraq Samvel Ayvazyanla əlaqələndirməyə çalışıb. Ancaq müstəntiqlər buna nail ola bilməyiblər.
Ayvazyanın vəkili Anna Tsarukyan bildidir ki, Samvel Ayvazyanın həbsi 5 dəfə uzadılıb. Müstəntiq 11 ay şəxslərin dindirilmə protokollarının birinci səhifələrini təqdim edib. Bununla da hər dəfə məhkəməyə ötən aylar ərzində gördüyü işləri sübut etməyə, əsaslandırmağa çalışıb. Müstəntiq sonuncu dəfə həbs müddətini uzatmaq barədə vəsatətini isə ibtidai istintaq zərurəti ilə yox, ibtidai istintaqın başa çatması və cinayət materialları ilə tanışlıq, həmçinin qərar qəbul edilməsi üçün məhkəmənin vaxta ehtiyacı və ilkin məhkəmə iclası zərurəti ilə əsaslandırıb.
Bir sözlə öz vəzifə borcunu yerinə yetirmək üçün məhkəmədən həbs müddətini uzatmağı tələb edən müstəntiqlə qarşı-qarşıya qalıb.
Ayvazyanın həbs müddətinin uzadılmasına dair bütün qaldırılan vəsatətlər vəkillər tərəfindən şikayət edilib. Apellyasiya məhkəməsi son şikayətin baxılmasını 3 dəfə təxirə salıb.
Apelyasiya məhkəməsi tərəfindən prokuror və müstəntiqin hər ikisinin iştirak etmədiyinə görə məhkəmə iclası növbəti dəfə təxirə salınıb.
Məhkəmənin təxirə salınmasına dair ərizələrin təqdim edilməsi təsadüf deyil. Vəkil Tsarukyan bildirir ki, ilkin istintaqın 1 ilinin tamam olmasını əsas götürərək, məhkəmə iclasın keçirilməsini tərəflərlə öncədən razılaşdırıb. Uzun müddət keçməsinə baxmayaraq, şəxsin ittiham edilməsi üçün əsaslı sübut və dəlillər yoxdur.
Prokuror və müstəntiq ən qısa vaxtda ittiham işini məhkəməyə göndərməkdə maraqlıdır. Çünki ancaq belə olan halda ittiham edilən şəxsin həbs müddəti uzadıla bilər.
Həbs məsələsini müzakirə edən hakim qanunsuz həbs qərarı qəbul edilməsinə dair baş ağrısını ümumi yurisdiksiya məhkəməsinin səlahiyyətinə göndərib. Həmin məhkəmə isə bu əsassız ittihama tezliklə baxacaq və ilk növbədə Ayvazyanın həbs müddətinin uzadılması məsələsini müzakirəyə çıxaracaq.
Bu yaxınlarda baş tutmayan sui-qəsd işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət materialları ilə tanış olan Ayvazyanın vəkilləri, dindirilən şəxslərin bəraətverici ifadələr verdiklərini müəyyən ediblər.
Artıq sabiq məşqçinin hələ üzün zaman həbsdə qalacağı məsələsi aydındır. Məlumdur ki, bu qərarların arxasında nüfuzlu şəxslər durur. Həmin şəxslər “1 Mart” snayperinin dostu Samvel Ayavazyanın azadlığa çıxmasını və nəzarətdən kənar qalmasını istəmirlər. “1 Mart” snayperi hesab edilən Yevgeni Kaçakın ölümündə ittiham olunan Samvel Ayvazyanın həbsdən çıxmaması kimin marağında ola bilər. Ehtimal edilir ki, snayperi öldürən şəxslər Ayvazyanın azadlığa çıxmasında maraqlı deyillər. Yeri gəlmişkən, sanki bu qətl üstü açılmayan cinayətlərin sırasına əlavə ediləcək.
Alpər Mövludoğlu
Ordu.az