Hərbi hissədə disput: "Auditoriyalarda Çingizin səsini eşidirik"

2019/10/9f92d-1571117830.jpg
Oxunub: 587     14:33     15 Oktyabr 2019    
Bu payız səhərində ön xətdə həmişə düşüncələrim düşüncələrinə tamsınan əsgərlərimizlə "Nağıl qəhrəmanlarım, gerçək qəhrəmanlarım" mövzusunda kəlmələşməyə tələsirəm. "Azərbaycan Ordusu" qəzetinin təşəbbüsüylə disput olacaq. Zabitlər də fikir səsləndirəcək, gizirlər də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular da, əsgərlər də. Bir azdan bir fikir digərini təsdiqləyəcək, bir fikir digərini inkar edəcək - mövzu fikir-fikir çözüləcək. Nəticə etibarilə "Nağıl qəhrəmanlarım, gerçək qəhrəmanlarım" mövzusunun fəlsəfəsi bir hərbi hissənin şəxsi heyətini təmsil edən hərbi qulluqçuların timsalında ümumiləşdiriləcək; belə mövzulara, belə ümumiləşdirmələrə son yoxdu...

Disputa giriş kimi deyirəm ki, uşaqlığımızda nağılları hamımız sevmişik, fəlsəfənin nə olduğunu bilmədən nağılların fəlsəfəsinə vurulmuşuq, dinləmişik, oxumuşuq, nağıl-nağıl durulmuşuq. Nağılların cazibəsində yeniyetmələşmişik, cavanlaşmışıq; yeniyetmələr cavanlaşıb, cavanlar yaşlaşıb, yaşa dolub, illər keçib, nağıllarla yaşıd olub. Nağıl qəhrəmanlarımız isə həmişə qəhrəmanlıq yaşında qalıb.

Zabit Rauf İbrahimov deyir:

- Zamanında nağılları, nağıl qəhrəmanlarını biz də sevmişik. Uşaqlığımızda nənəmizin dizinə baş qoyardıq ki, bizə nağıl danışsın.

- Müharibə səbəbindən uşaqlar uşaqlıq dünyasından çox tez ayrılırlar. İllərdi uşaqlar nağıl qəhrəmanlarını - Məlikməmmədi, Dərzi şagirdi Əhmədi, Ağ atlı oğlanı,... sonacan tanıyıb sevməyə macal tapmamış gerçək qəhrəmanları - Əlifi, Tofiqi, Vəziri, Etibarı, Rasimi, Raqufu, Mübarizi, ... , Çingizi tanıyıblar, həm də mənəvi borcödəmə kimi tanıyıblar, - deyirəm.

Əsgər Cahid Quliyev bu fikrə qüvvət kimi deyir:

- Uşaqlığımızdan düz-əməlli üzülməmiş müharibənin nə olduğunu ata söhbətlərindən, oxuduqlarımızdan, televiziyada gördüklərimizdən sonra dərk etmişik. Onu da dərk etmişik ki, müharibə həm də qəhrəmanlıqdır.

Əsgər Hüseyn Vəliyev söhbətə qoşulur, həm də arzuladığımız bir mətləbdən söz açmaqla:

- Bunları dərk etdiyimizə görə daha nağıl qəhrəmanlarını deyil, gerçək qəhrəmanları - Ermənistanın elan etmədən başladığı müharibənin qəhrəmanlarını sevdik.

Əsgər Fərid Qənbərov səbirsizliklə əsgər yoldaşının dediklərini tamamlayır:

- ...Bu qəhrəmanların qəhrəmanlığının mahiyyətini dərk etdik, onu ömrümüzə köçürdük. Qəhrəmanlarımızın qəhrəmanlığının davamçısı olmaq niyyətiylə köçürdük.

Bayaq dediklərini Hüseyn belə tamamlayır:

- Onu da dərk etdik ki, uşaqlığımızda sevdiyimiz qəhrəmanlar bizə qəhrəmanlığın mahiyyətini öyrədirmiş, qəhrəmanlığı başqa zamanda başqa formada təkrarlamağa hazırlayırmış.

Zabit Rauf İbrahimovun müdaxiləsi səngərdə könül xoşluğuna dönür:

- Xalq naminə, millət naminə, dövlət, dövlətçilik naminə hazırlayırmış. Əsgərlərə xitabən deyirəm ki, eşitdiyiniz fikirləri müxtəlif ünvanlarda, müxtəlif formalarda, ancaq eyni duyğularla hər biriniz yaşayıbsınız. Uşaqlıqdan yeniyetməliyə, yeniyetməlikdən çağırış yaşına da gerçək qəhrəmanlara sevgilərlə çatıbsınız.

- Azərbaycan əsgərinin, zabitinin necə döyüşdüyündən, hər döyüşü qələbəylə başa çatdırmaq istəyindən, bu istəyə görə şəhidliyə də hazır olduğundan çox eşitmişik, eşitdiklərimiz sevgiyə dönüb sevgiləşib, bu sevgiylə ayları il eləmişik. Hərbi xidmətə bu düşüncələrlə...

- ...dünyagörüşlə, - kimsə sözə qüvvət kimi deyir...

- Bəli, hərbi xidmətə hamımız bu düşüncələrlə, bu dünyagörüşlə gəlmişik. O qəhrəmanların davamçıları olmağa da and içmişik. Andımıza sədaqətlə xidmət edirik...

Zabit Rauf İbrahimov ürəyimizi dağa döndərən bir fikir deyir:

- Bizim hərbi hissənin şəxsi heyətinin timsalında ordumuz qəzetinizdə dərc edilmiş bir məqalədə deyildiyi kimi, səngərləri sərhədlərə köçürmək amalıyla xidmət edir. Bu amal Ali Baş Komandanın döyüş əmriylə gerçəkləşəcək.

Yəni, gerçək qəhrəmanlarımızın qəhrəmanlığı Böyük Qələbəylə tamamlanacaq döyüşlərdə başqa formada təkrarlanacaq. Yəni, Azərbaycan əsgəri sevdiyi qəhrəmanların mənəvi varisi olacaq. Yəni, gerçək qəhrəmanları tanıma, tanıyıb da sevmə hərbi xidmətdə mənəvi-psixoloji hazırlıq baxımından onların mübarizliyini döyüş əzmi səviyyəsinə, döyüş əzmini qələbə ruhu həddinə çatdırıb. Bu əzm, bu ruh 2016-cı ilin Aprel döyüşləri kimi tarixləşdi, qəhrəmanların Vətən sevgisiylə yazdığı tarix oldu. Bu sevgi yaxın vaxtlarda Böyük Qələbəni də tarixləşdirəcək...

Əsgər Cahid Quliyevin sualı həm disputun mövzusunun tezisi kimi səslənir, həm də düşüncələri mövzunun dərkinə istiqamətləndirmə təsirindədi:

- Dediyiniz mübarizlik ancaq nağılların fəlsəfəsiyləmi bağlıdır? Mənə belə gəlir ki, döyüş və mənəvi-psixoloji hazırlığın səviyyəsi də mübarizliyi şərtləndirən amillərdəndir.

Gözlənilmədən səsləndirilən bu məzmunlu sual da, sualın davamı kimi səslənən, əslində, suala cavabın konturlarından biri olan kəlmələr də düşündürücüdür.

Zabitin nümunəvi əsgər kimi təqdim etdiyi əsgərin könlümcə olan gözlənilməz sualına cavab olaraq deyirəm ki, yox, mübarizlik ancaq nağılların fəlsəfəsiylə bağlı deyil. Mübarizlik ifadəsi vətənsevərliklə bağlı olan mənəvi təkamül prosesidir və bu prosesdə dünyaduyumunun, təhsilin, mütaliənin,... də böyük əhəmiyyəti var. Min illər əvvəldən - formalaşma dövründən üzü bəri xalqımızın milli-mənəvi xarakterini şərtləndirən simvollarından biri də mübarizlik olub. Mübarizlik təyinindən ayrılan Mübariz adını həm də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı olaraq bu mövzuda deyilənləri işıqlandıran, deyiləcəkləri işıqlandıracaq işıq bilirik. - Mübariz İbrahimovun qəhrəmanlığı Mübarizləşmə təyini yaratdı, mübarizləşmə ifadəsinə yeni çalar verdi, Mübarizləşmə təyini də, mübarizləşmə ifadəsinin yeni çalarları da Azərbaycan əsgərinin hərbi xidmət amalına hopdu...

Zabit Rauf İbrahimov deyir ki, Mübarizləşmək də, mübarizləşmək də bizim hərbi hissənin əsgərlərinin timsalında ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının tərkib hissələrindəndir.

Zabitin dedikləri hamımıza könül xoşluğu verir. Əsgərlərə xitabən deyirəm:

- Mübariz İbrahimovun qəhrəmanlığı tarixə görk qəhrəmanlıq olduğu üçün sizin də qəhrəmanınızdı, çağırışçıların da, yeniyetmələrin də. Nağıl qəhrəmanlarının qəhrəmanlığı nağıl dünyası yaratmışdı, gerçək qəhrəmanların qəhrəmanlığı gerçək tarix yaradır.

- Biz gerçək tarix yaratmış, yaradan qəhrəmanların mənəvi qardaşı, mənəvi davamçısı olacağıq, - əsgər Həsən Bayramov belə deyir.

Bu, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan əsgərinin döyüş əzminin, qələbə ruhunun dönməzliyini təsdiqlədi.

Üç aylıq xidmət yolu keçmiş əsgər Emil Qurbanov deyir:

- Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovla eyni universitetin məzunu olmağımla da qürur duyuram. Mənə və ümumən bütün tələbələrə elə gəlirdi ki, auditoriyalarda Çingizin səsini eşidirik: Vətəni daha dərin sevgilərlə sevin! Bu səsi təkcə Çingizin deyil, qəhrəmanlığın səsi bilirdik.

- Bu qayibanə səs şəhidliyin - müqəddəsliyin səsidi, Azərbaycan gəncliyinin, azərbaycanlı qəhrəmanların Azərbaycan əsgərinə qardaş, xələf tövsiyəsidi, - deyirəm. - Mübarizlərin, Çingizlərin qəhrəmanlığı yaşarı qəhrəmanlıqdı...

Əsgərlərin düşüncələri də, qəhrəmanlığa, qəhrəmanlara ehtiramı da qəlbəyatımlıdı, həm də arzulanan səviyyədə qəlbəyatımlıdı. Əsgər Rəşad Bayramov deyir ki, Mübariz İbrahimovun qəhrəmanlığı bütün yeniyetmələr kimi mənim də ürəyimi dağa döndərdi. Hamımız bu qəhrəmanlığın mahiyyətini yaxşı dərk edirik. Biz Hərbi anda, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət etməklə qəhrəmanlarımızın amalını gerçəkləşdirəcəyik, Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacağıq.

Əsgər hansı duyumun təsiriyləsə səngərin o tərəfinə baxır, alnını ovuşdurub sözünə davam edir:

- Torpaqlarımızı işğaldan azad edəcəyik. Böyük Qələbə şəhid qəhrəmanlarımızın ruhuna gözaydınlığı olacaq...

Əsgər Tamerlan Əhmədov Vəzir Orucovun qəhrəmanlığından danışır...

Əsgər Yusif Rəhimov Mübariz İbrahimovun qəhrəmanlığından danışır...

Əsgərlər Etibar Hüseynovun, Rasim İbrahimovun, Yusif Mirzəyevin,... qəhrəmanlığından danışırlar...
Əsgər Fərid Qənbərov adı-soyadı bizə məlum olmayan qəhrəmanlardan danışır:

- ...26 fevral gecəsi ermənilər atışa-atışa ağ qarda, göy buzda xocalıları təhlükəsiz yerə çıxartmaq istəyən qəhrəmanlar da olub. Çoxunun adını, soyadını bilmirik. O naməlum qəhrəmanlar da bizim gerçək qəhrəmanlarımızdı, ruhumuzun qəhrəmanlarıdı...

Əsgər Yusif Rəhimov hamımızı duyğulandıran bir məqamdan söz açır:

- Valideynlərim kəlbəcərlidi. İllərdi Kəlbəcərsizlik ağrıları yaşayırlar. Mən Kəlbəcəri görməsəm də, xəyallarımda bir Kəlbəcər var, ata-anamın Kəlbəcərini xəyalımda yaşadıram. Ali Baş Komandanın döyüş əmriylə üzünü görmədiyim Kəlbəcəri də işğaldan azad edəcəyik. Qəhrəmanlarımızın davamçıları olacaq bu əsgərlər azad edəcək. Onların sırasında mən də olacam.

Bir anlığa susur. Naməlumluğa baxır. Mənə elə gəlir ki, Murovun üstündən Kəlbəcərə sarı boylanır:

- Hərbi xidmətə gələndə atam mənə ancaq uğurlu xidmət arzuladı. Nələr deməliydisə, hamısını illərlə demişdi. "Qəhrəmanlarımızı tanı", - deyirdi, tanıyırdım. "Qəhrəmanlarımızı sev", - sevirdim. Atam bunları yazdığı şeirlərində də deyir. Atam bizim üçün "Mənim gerçək qəhrəmanlarım" şeirini də yazacaq...

...Disput başa çatır.

Deyilən fikirləri ayrılıqda da, vəhdətdə də gerçək qəhrəmanlığın fəlsəfəsi bilirəm. Zabitlər qənaətimi dəstəkləyir. Əsgərlərin baxışlarında məmnunluq görünür. Gerçək qəhrəmanları ruhunda yaşadan əsgərlərə deyirəm ki, Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq. Bu, ordumuza güvənən ictimaiyyətin də inamıdı. Yeniyetmələrin, çağırışçıların gerçək qəhrəmanları sizin sıranızdadı..., - deyirəm...

Rəşid Hüseynov, əməkdar jurnalist
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Hərbi-hissə   Disput  

Hərbi hissədə disput: "Auditoriyalarda Çingizin səsini eşidirik"

2019/10/9f92d-1571117830.jpg
Oxunub: 588     14:33     15 Oktyabr 2019    