Ermənistan-Türkiyə sərhədini qoruyan başqa bir Rusiya amili - 102 hərbi bazanın taleyi necə olacaq?

2019/01/45654-1546867037.jpg
Oxunub: 25418     15:05     14 Oktyabr 2019    
Bir neçə gün öncə mətbuat konfransında “Sasna Tsrer” katibliyinin koordinatoru Varujhan Avetisyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin dağıdılması və milli sistemin qurulmasına dair təmsil etdiyi partiyanın planlarını təqdim edib. Avetisyanın sözlərinə görə, bu plan iki mərhələdən ibarətdir.

Birinci mərhələdə “Sasna Tsrer” MTX-nin bütün generallarını və polkovniklərini sistemdən uzaqlaşdırmağı, struktur dəyişikliyini həyata keçirməyi və digər şeylərlə yanaşı, sərhəd qoşunlarına nəzarəti MTX-dən almaq və Müdafiə Nazirliyinin tərkibinə verməyi tövsiyə edir.


Erməni hərbi ekspert David Harutyunovun sözlərinə görə, MTX-nin nəzarəti altında olan sərhəd qoşunları Ermənistana daxil olan və çıxanları idarə etmək imkanı verir və bu təhlükəsizliyin təmin olunmasının vacib tərkib hissəsidir.

“Müdafiə Nazirliyində isə bu nəzarət mexanizmləri və təhlil apara biləcək lazımi əməliyyat sistemi yoxdur. Sərhəd işləri Müdafiə Nazirliyinin funksiyasına aid olmayan müəyyən sistemlərin tətbiq edilməsini nəzərdə tutur. Sərhədçilərin məsələsi Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid deyil, buna görə də bu tezis “Sasna Tsrer” tərəfindən yalnız siyasi kontekstdə irəli sürülür və bu Rusiya təsir dairəsi kimi qəbul edilən MTX-nin zəiflətmək məqsədi daşıyır. Deyim ki, son 30 ildə MTX çox böyük dəyişikliklərə məruz qalıb və indiki MTX sovet xüsusi xidmət orqanlarından fərqlənir”, - deyə Harutyunov bildirib.

Onun sözlərinə görə, sərhəd qoşunlarının MTX-dən çıxarılması daha böyük bir siyasi proqramın bir hissəsidir, ancaq “Sasna Tsrer” üçün problem MTX-nin Rusiyanın təsiri altına düşdüyü məsələsidirsə, niyə digər təsir altında olan Rusiyanın Ermənistandakı iqtisadi qollarına toxunulmaması aydın deyil.

“Rusiya amili 102 hərbi bazanın qoruduğu Ermənistan-Türkiyə sərhədində də mövcuddur. İndi, MTX-ni dağıtmaqla Rusiya faktorundan qurtulmağı təklif edirlərsə, sual yaranır, belə olan halda Ermənistan-Türkiyə sərhədini qoruyan başqa bir Rusiya amili - 102 hərbi bazanın taleyi necə olacaq?”, - deyə Harutyunov narahatlığını dilə gətirib.

“Sasna Tsrer”in MTX-nin bütün generallarını və polkovniklərini sistemdən çıxarmaq təklifinə toxunan Harutyunov sual edir ki, bu generallar və polkovniklərin məşğul olduqları işlər üzrə mütəxəssisləri haradan tapacaqlar?

“Bu funksiyaları yerinə yetirmələri üçün, bu cür insanları haradan tapacağıq? İndi onlar (“Sasna Tsrer” –red.) bu həlli təqdim etmirlər” - deyə hərbi ekspert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sasna-Tsrer   MTX  


Bizi "telegram"da izləyin