Erməni hakim işgəncə verilmiş döyüşçünü azadlığa buraxmaqdan imtina edib

2019/10/73342-1571043672.jpg
Oxunub: 14535     12:58     14 Oktyabr 2019    
Ermənistanda hakim Qor Şahbazyanın sədrliyi ilə Kotayk vilayət Ümumi yurisdiksiya Məhkəməsi keçmiş döyüşçü Aşot İsaxanyanın şərti azadlığa buraxılması barədə ərizəsini rədd edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İsaxanyanın özü məlumat verib.

O, Penitensiar Departamentin müsbət rəy verdiyini və sınaq xidmətinin isə mənfi rəy verdiyini bildirib.

“Sınaq xidmətinin fəaliyyəti özbaşınalıqdır, eyni statuslu məhkumların birinə müsbət, digəri isə mənfi xarakterizə etməklə ayrı-seçkilik olunur”, - deyə İsaxanyan qəzəblə bildirib.

Hakim Qor Şahbazyan artıq 42 yaşlı məhkumu heç bir əsaslandırma və səbəb olmadan 6 dəfə rədd edib. Məhkumun sözlərinə görə, Kotayk vilayət Məhkəməsinin hakimi Qor Şahbazyan “keçmiş rejim”ə tabedir. O qeyd edib ki, hakim prokurorun diqtəsi ilə onum şərti azadlığa çıxmasına icazə verməyib.

Onun sözlərinə görə, məhkəmə başlamazdan əvvəl hakim ondan gülərək kinayə ilə sual soruşub.

“Artıq sizi müsbət təsvir edəcək keçmiş bir lideriniz yoxdur”, - deyə məhkəmə başlamazdan əvvəl hakim ondan gülərək kinayə ilə soruşub.

İsaxanyan bildirib ki, Qor Şahbazyana qarşı intizam tənbehi, özbaşınalığı və hakimin yersiz hərəkətlərinə görə Ədliyyə nazirinə müraciət etmək niyyətindədir.

“O, hakim olmaqla hər şeydən üstün olduğunu düşünür “, - deyə o, əsəbiləşərək qeyd edib.

İsaxanyanın sözlərinə görə, məhkəmə sistemi xəstədir və təmizlənməlidir, bu isə keçmiş rejim hakimlərinin hələ də sistemdə fəaliyyət göstərməsindən irəli gəlir.

İsaxanyan 8 ildir həbsdədir. Cəzasının sonuna, 1 il 3 ay qalıb.

Xatırladaq ki, Aşot İsaxanyan general Manvel Qriqoryan tərəfindən pul məsələsinə görə 2000-ci ildə 22 gün zəncirlənmiş saxlandığını və işgəncə verdiyini iddia edən sabiq döyüşçüdür.

O, bu ilin iyun ayında iddia qaldırıb və Manvel Qriqoryan işində zərərçəkmiş olduğunu bildirib, çünki o, Qriqoryanın ayı qəfəsində 22 gün “podvallarda” gün keçirib, işgəncə görüb və təhdid edilib.

Qeyd edək ki, Aşot İsaxanyan Ermənistan ordusunun Qarabağdakı işğalçı döyüş əməliyyatlarında iştirak edib. Müharibə zamanı bir neçə dəfə yaralanıb və 2-ci dərəcəli əlildir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşgəncə   Qriqoryan  


Bizi "telegram"da izləyin