Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bənzər hadisə Suriya ordusunun şəhərin qərb ərazisinə daxil olmağa cəhdi zamanı baş verib.
Qeyd edilir ki, Suriya hərbçiləri Münbic şəhərinə daxil olmağa çalışırlar.
Xatırladaq ki, bir sıra mətbuat orqanları Suriya ordusunun Türkiyə Silahlı Qüvvələrinin hərəkət etdiyi əraziyə doğru istiqamət alması barədə xəbər yayıb.
Məlumata görə, Suriya hökuməti Türkiyəyə qarşılıq vermək üçün ölkənin şimalına qoşun yerləşdirir.
Sevinc Əliyeva
Ordu.az