Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri oktyabrın 11-də jurnalistlərlə görüşü zamanı “Sasna Tsrer” rəhbərliyinin koordinatoru Varujan Avetisyan deyib.
O qeyd edib ki, təhlükəsizlik sistemi Milli Təhlükəsizlik Xidməti ilə məhdudlaşdırılıb, digər strukturlar isə qurulmayıb.
Avetisyanın Milli Təhlükəsizlik Xidmətini ləğv etməyin və milli təhlükəsizlik sisteminin yaradılması təklifini irəli sürüb.
“O, ölkəmizdə Moskvanın gözü və qulağı olmağa, bizim maraqlarımız hesabına Moskvanına maraqlarına xidmət etməyə davam edir. Bizim mövqeyimiz açıq şəkildə Rusiya xalqına qarşı çıxış etmək məqsədi daşımır. Xeyr, biz xarici dövlətin ölkəmizdə sahib, dominant olmasının və gizlədilmiş strukturlarla onun maraqlarına xidmət etməyin əleyhinəyik”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az