Almaniyanın müharibədə düşmən tanklarına qarşı planı: Ona “Spike” quraşdır

2019/10/28290-1570792134.jpg
Oxunub: 836     17:07     11 Oktyabr 2019    
Almaniya İsrailin “Spike” raketinin əsas müştərilərindən biridir. O, “Spike LR” raketini “Mehrrollenfahiges Leichte Lenkflugkörpersystem” və ya sadəcə MELLS adı ilə istifadə edir. Bu raketlər praktiki olaraq Fransız/Alman MILAN tank əleyhinə raketinin rolunu üzərinə götürüb.

Bəs o, yeni hansı imkanları bərabərində gətirir? MELLS sələfi MILAN raketindən nə qədər effektivdir?

Almaniya ilk dəfə 2015-ci ildə “Spike LR” alaraq, piyadanın daşıya bildiyi üçayaqlı tank əleyhinə raketi MILAN-ı əvəzləməyə başladı. Sistem naqillə idarəedilən MILAN raketindən iki dəfə daha uzaq mənzilə, “atdım-unutdum” və eyni zamanda raketin operatoru üçün “at və müşahidə et” atış rejiminə sahibdir.

MELLS Almaniyanın yeni nəsil “Puma” piyadanın döyüş vasitəsinə inteqrasiya edilib. İnteqrasiyanın səviyyəsi MILAN-ın “Marder 1”ə edildiyindən daha yüksək olub. MELLS “Puma”da mövcud olan görüntü və ekranlar vasitəsilə idarə olunur. Raketlər qüllənin bir tərəfində olan qoşa yuvada yerləşdirilir. Raket əməliyyat rejimi və statusu həm topçu, həm də “Puma”nın adi displeylərinə nəzarət edən komandirə aydın olur. Bu, “Puma” topçusu üçün həm daha təhlükəsiz, həm də daha münasibdir.

Üstəlik MELLS MILAN-ın yerinə yetirdiyi vəzifəni həyata keçirmək məqsədilə MARDER 1A5-lərə də uyğunlaşdırıldı. 2016-2017-ci illər arasında Almaniya ordusu “Rheinmetall”ın MELLS-in “Marder 1”ə inteqrasiya imkanlarını öyrənməsini istədi. Bu zaman xüsusilə “Marder”in meydana gətirdiyi vibrasiyanın raket texnikasına necə təsir edəcəyi öyrənildi.

Sınaqlar uğurlu oldu və 2017-ci ildə ordu 35 “Marder 1” tankına inteqrasiya edilmiş 44 ədəd MELLS sifariş verdi. Raketlərin inteqrasiya səviyyəsi MILAN-da olduğu ilə eyni idi. Topçu atəş postu ilə əlaqəyə keçərək raketi atmaq üçün qüllənin üzərinə çıxmalı idi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MILAN   MELLS   Almaniya   Spike  

Almaniyanın müharibədə düşmən tanklarına qarşı planı: Ona “Spike” quraşdır

2019/10/28290-1570792134.jpg
Oxunub: 837     17:07     11 Oktyabr 2019    