Yayılmış bəyanata görə, Ermənistanın məhkəmə-hüquq sistemi, hakimlər və Konstitusiya Məhkəməsinə qarşı həyata keçirilən təzyiqlərin əleyhinə imzatoplama həyata keçirilib.
“Məlumdur ki, məhkəmə mərhələsində olan “1 Mart” işi 10 nəfərin ölümündə kimin günahkar olması sulına cavab verməyəcək. Bu, təkcə “1 Mart” işi deyil, həmçinin Ermənistanın ikinci prezidentinə qarşı siyasi təqib, nəyin bahasına olursa-olsun onun həbsdə saxlanılması prosesidir”, - deyə bəyanatda qeyd edilib.
İmzatoplamaya qoşulmuş şəxslər hökuməti anti-konstitusiya prosesini dayandırmağa, anti-dövlət əməliyyatlarından çəkinməyə çağırıb və Robert Köçəryanın üçün müəyyən olunmuş ehtiyat tədbirinin dəyişdirilməsini tələb ediblər.
Erməni ideloloq Zori Balayan “1 Mart” hadisələrində ölmüş şəxslərin yaxınlarının Robert Köçəryanın həbsdə qalmasını tələb etmələrinə toxunaraq bildirib ki, məsələ olduqca mürəkkəbdir.
“Bu məsələ olduqca mürəkkəbdir, mən bütün bunların hamısını anlayıram, bəli və ya xeyr deyə bilmərəm. İnanın, mən başa düşürəm. Bəli, bilirəm ki, onlar yaxınlarını itiriblər, çox kədərlidir. Bir tərəfdə onlardır, digər tərəfdə də Robert Köçəryan. Hesab edirəm, Qarabağda nə etdiklərini məndən çox bilən birisi yoxdur, problem bundadır. Əgər cəzalandırmalıdırlarsa, qoy bunu qanunun bütün müdəaları ilə etsinlər. Mən bunun tərəfdarıyam”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az