Paşinyan Putinə zəng edərək “vəziyyəti yoxlayıb”

2019/10/00-26-1570527099.jpg
Oxunub: 934     15:51     08 Oktyabr 2019    
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Putinlə telefon danışığı aparıb. Telefon danışığın səbəbi Putinin doğum günüdür, bununla bağlı Paşinyan təbrik məktubu da göndərib.

Ancaq telefon danışığı faktı Paşinyan-Putin səviyyəsində praktik, subyektiv münasibət qurulmasının varlığından bəhs edir, əks halda Putinin Tayqada doğum günü çətin ki, Ermənistan Baş nazirinin çağırışına “əlçatan” olardı. Telefon danışığı zamanı təbriklərlə yanaşı, İran prezidenti və Sinqapurun baş nazirinin iştirakı ilə keçirilən AİƏT Assambleyası haqqında da söhbət olub.

Erməni politoloq Aram Amatuni qeyd edib ki, bu fonda diqqətçəkən məqam isə İrəvan görüşündən iki gün sonra Rusiya Prezidenti Putinin Soçi şəhərində “Valday” Klubunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsidir.

“Əslində, bu, AİƏT-in İrəvan sammitindən və onun siyasi kontekstindən narazılıq idi və bu, şübhəsiz ki, yeni regional siyasi rəhbərliyin formalaşmasına sübutdur”, - deyə o qeyd edib.

Rusiyanın Xarici İşlər naziri Lavrov, Putinlə Əliyevin görüşündən əvvəl Paşinyanın avqustun 5-də Xankəndində səsləndirdiyi “Qarabağ, Ermənistandır və son” ifadəsini nə qədər qeyri-konstruktiv adlandırıb.

Bununla belə, Ermənistanın Rusiya ilə münasibətlərdə məhz özlərinin dediyi kimi “güvən, amma yoxla” prinsipini rəhbər tutması çox vacibdir və bu mənada Paşinyan, yəqin ki, Putin-Əliyev görüşündən sonra, bəlkə də Rusiya Prezidenti ilə söhbətdə bu görüşdən əvvəlki və sonrakı bəyanatlarla bağlı Ermənistan tərəfinə narahatlıq verə biləcək suallar vermək üçün vəziyyəti yoxlamaq imkanından əl çəkməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Putin  

Paşinyan Putinə zəng edərək “vəziyyəti yoxlayıb”

2019/10/00-26-1570527099.jpg
Oxunub: 935     15:51     08 Oktyabr 2019    