“Kommersant”: Paşinyan-Putin görüşləri 10 dəqiqə davam edib

2019/09/nikol-1568873072.jpg
Oxunub: 673     12:54     08 Oktyabr 2019    
Rusiyanın “Kommersant” qəzeti Avrasiya İqtisadi Birliyinin sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinin Ermənistana etdiyi səfərə toxunub.

Qəzet qeyd edib ki, sammitdən əvvəl qeyri-standart, sağlam olmayan bir atmosfer yaranıb, çünki mətbuat davamlı olaraq Rusiya prezidenti Vladimir Putinin Ermənistana gəlməyəcəyi ilə bağlı məqalələr yazırdı.

Bu xəbər Rusiya prezidentinin səfərindən cəmi bir neçə gün öncə rəsmi şəkildə təkzib edildi. Bundan sonra Rusiya və Ermənistan rəhbərlərinin ikitərəfli görüş imkanı sual altında idi.

“Kommersant” politoloq Beniamin Matevosyandan sitat gətirərək bildirib ki, “Dvin” otelində və “Zvarnots” hava limanında Paşinyanla Vladimir Putinin görüşləri 10 dəqiqə davam edib.

Rusiya prezidenti Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryanla görüşdükdən sonra hava limanına getdi. Paşinyanla görüş “təntənəli” şəkil və video ilə məhdudlaşdı.

Qəzet həmçinin qeyd edib ki, son zamanlar Ermənistan-Azərbaycan münaqişəsi kəskinləşib və nəticədə erməni tərəfinin 1 ölü, 3 yaralısı qeydə alınıb.

“Bu kəskinləşmə Ermənistan Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır, vəssalam” bəyanatı fonunda baş verir”, - deyə “Kommersant” qəzeti Azərbaycan prezidentinin cavab bəyanatından sitat gətirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Putin   Böhran  

“Kommersant”: Paşinyan-Putin görüşləri 10 dəqiqə davam edib

2019/09/nikol-1568873072.jpg
Oxunub: 676     12:54     08 Oktyabr 2019    