Xəbər verdiyimiz kimi, artıq erməni KİV-lərində kifayət qədər uzun müddətdir ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Ermənistana gəlib-gəlməyəcəyi məsələsi ciddi müzakirə mövzusuna çevrilib.
Lakin yayılan məlumatlara görə, Vladimir Putin Ermənistan hökuməti qarşısında tələb qoyub ki, Ermənistana gələcəyi təqdirdə mütləq Robert Köçəryana baş çəkməlidir.
Qeyd edilir ki, Putin hazırkı vəziyyətdə Ermənistana gəlməməyə qərar verib.
Ermənistan parlamentinin Daimi Xarici Əlaqələr Komissiyasının üzvü Şirak Torosyan qeyd edib ki, sammitlərdə dövlət başçıları iştirak edir, lakin bu mütləq deyil.
“Sammitdə prezident tərəfindən səlahiyyət verilmiş şəxs də iştirak edə bilər. Bunu oktyabrın 1-də görəcəyik”, - deyə o bildirib.
Yəni, Putinin Ermənistana gəlib-gəlməyəcəyi hələ Ermənistan hakimiyyət dairələrində müəmma olaraq qalır.
Alpər Mövludoğlu
Ordu.az