Erməni deputatlar Azərbaycanın KTMT-yə müşahidəçi kimi qəbul edilməsindən narahatdır

2019/09/789-1568109952.jpg
Oxunub: 606     14:43     10 Sentyabr 2019    
“Azərbaycanın KTMT-yə birbaşa təsiri yoxdur. Bunun digər üzv dövlətlər vasitəsilə dolayı təsiri var, amma birbaşa təsiri yoxdur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində Ermənistan Xarici İşlər Nazirinin müavini Şavarş Koçaryan KTMT ilə bağlı sualları cavablandıran zaman deyib.

Köçəryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Nizamnaməsinə 7 Oktyabr 2002-ci il tarixli İkinci Protokolun təsdiq edilməsi haqqında qanun layihəsini parlamentə təqdim edib.

O bildirib ki, mövcud qaydalara görə, dövlətlər KTMT-də müşahidəçi statusu ala bilər, amma detallar bəlli deyil.

Təklif olunan dəyişikliklər, prosesi aydınlaşdırır və müşahidəçi statusuna dair tələbləri təqdim edir. Bundan əlavə, KTMT-də tərəfdaş statusu nəzərdə tutulur.

“KTMT-dəki dövlətlər və ya beynəlxalq təşkilatlar yalnız tərəfdaşlıq statusunu konsensus yolu ilə əldə edə bilərlər, yəni yalnız üzv dövlətlərin razılığı ilə. Dövlətlərin heç olmasa biri bunun əleyhinədirsə, bu status verilmir. Bu statusa sahib olmaq üçün tələblər var, bu da tərəfdaşların, müşahidəçilərin təşkilatın fikirlərini bölüşmələrini və KTMT-yə və üzv ölkələrə zərər verə biləcək addımlar atmamağı tələb edir”, - deyə Köçəryan bildirib.

Erməni deputat Arman Babacanyanın Azərbaycanın KTMT-də müşahidəçi və ya tərəfdaş statusuna sahib ola biləcəyinə dair qorxularına cavab verən Köçəryan qeyd edib ki, belə status bütün üzv dövlətlərin razılığı ilə verilə bilər.

“Hər hansı bir dövlətin müşahidəçisi və ya tərəfdaşı statusu qazanması üçün ortaq bir qərara gəlməliyik. Üstəlik, Azərbaycan o qədər əsaslıdır ki, düşünmürəm ki, burada tək qalacağıq. Bizim arqumentlərimiz çox aydındır, zənnimcə heç bir qorxu olmamalıdır “, - deyə Ermənistan XİN müavini qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   KTMT  

Erməni deputatlar Azərbaycanın KTMT-yə müşahidəçi kimi qəbul edilməsindən narahatdır

2019/09/789-1568109952.jpg
Oxunub: 607     14:43     10 Sentyabr 2019    