Əgər Putin Köçəryana baş çəkmək qərarına gəlsə, nə olacaq?

2019/09/image-1568023283.jpg
Oxunub: 411     17:01     09 Sentyabr 2019    
“Biz sammitə hazırlaşırıq. Əminəm ki, erməni-rus əlaqələri bu sammitdən yalnız fayda götürəcək. Bizim yanaşmamız və məqsədimiz budur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan bildirib.

Dünən Ermənistan XİN-də təşkil olunmuş mətbuat konfransında jurnalislər Mnatsakanyana sual veriblər ki, əgər Putin həqiqətən də Köçəryana baş çəkmək istəsə, bu, Ermənistan hökuməti tərəfindən diplomatik şəkildə necə qəbul ediləcək və hər hansı qaydada erməni-rus əlaqələrinə təsir edə bilərmi?

“Sualınızın “əgər” konteksti onu şərh etməyə məcbur etmir. Biz sammitə hazırlaşırıq. Əminəm ki, erməni-rus əlaqələri bu sammitdən yalnız fayda götürəcək”, - deyə erməni nazir cavab verib.

Jurnalistlərin “Köçəryan amili hər hansı qaydada erməni-rus əlaqələrinə mane olmur?” sualına da Mnatsakanyan eyni cavabı verib.

“Bir daha təkrar edirəm, dövlətlərarası əlaqələrdə Ermənistan və Rusiya arasında bizim çox aydın formalaşdırılmış gündəmimiz var”, - deyə o bildirib.

Qeyd edək ki, Köçəryan amilinin Paşinyan-Putin və Ermənistan-Rusiya dövlətlərarası münasibətlərinə təsiri olması ilə bağlı erməni mətbuatında çoxlu məlumatlar yayılıb. Hətta belə bir məlumat da var ki, Putin Paşinyanın qarşısında iki ölkə arasında münasibətlərin bərpa olunması üçün Köçəryanın azadlığa buraxılması tələbini qoyub. Lakin Ermənistan XİN bu şayiələri şərh etməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Putin   Köçəryan  

Əgər Putin Köçəryana baş çəkmək qərarına gəlsə, nə olacaq?

2019/09/image-1568023283.jpg
Oxunub: 412     17:01     09 Sentyabr 2019    