Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri erməni siyasi ekspert Aram Armatuni deyib.
Paşinyan və “Sasna Tsrer” partiyasının liderləri Jrayr Sefilyan və Qaregin Çukasyanın arasında keçirilən görüş Ermənistanda ictimai-siyasi diqqətə səbəb olub. Ümumiyyətlə bu siyasi birliyə qarşı ictimai münasibət və maraq, 2016-cı ilin iyul hadisələri ilə izah olunur. Xatırladaq ki, həmin dövrdə silahlı qruplaşma halında olan həmin bu siyasi qüvvə polis alayına silahlı basqın edib.
Təşkilat inqilabdan sonra silahlı mübarizənin dayandırıldığı haqqında bəyanat versə də, ictimai şüurda silahlı güc olaraq qalmaqdadır. Bu mənada Paşinyan və “Sasna Tsrer” liderlərinin görüşü diqqət mərkəzindədir.
“Onlar Paşinyanın “Sasna Tsrer” nümayəndələri ilə görüşünü güc strukturlarına alternativ güc bloku kimi qiymətləndirir. Məsələ burasındadır ki, həmin güc bloku bu və ya digər şəkildə keçmiş hakimiyyətin davamçıları olan məmurlardır. Xüsusilə MTX rəisi, polis rəisi 2016-cı ildəki hadisələr zamanı “Sasna Tsrer” qruplaşmasına müxalif olan cəbhənin tərkibində idilər”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu görüşün Ermənistan MTX direktoru və polis rəisinin Paşinyana qarşı etimadsızlığına gətirib çıxaracağını zaman göstərəcək.
“Etimadsızlıq məsələsi hökumətin siyasi mövqeyinə real təsir göstərə bilər. Vəziyyəti başqa kontekstdə də nəzərdən keçirmək lazım ola bilər və burada güc bloku daha fərqli, daha işlək və ön planda görünür. Məsələ burasındadır ki, xüsusilə Amulsar mədəni ilə bağlı vəziyyətdə “Sasna Tsrer”in ictimaiyyət arasındakı daha radikal hisslərin siyasi təkan imkanlarından istifadə etməyə meyilli olduğu ortaya çıxmışdı”, - deyə o qeyd edib.
Armatuni bildirib ki, Amulsar mədəni məsələsinin nə dərəcədə bu proseslərə səbəb olduğunu söyləmək çəçətin olsa da, Ermənistanda vəziyyətin bir sıra digər dərin məqamları özündə cəmləşdirdiyini qeyd etmək olar.
Alpər Mövludoğlu
Ordu.az