Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Fyodor Lukyanov münaqişə zonasındakı hazırkı vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, danışıqlar prosesi ilə bağlı vaxtaşırı səsləndirilən müsbət rəylərə baxmayaraq, son zamanlar təmas xəttindən daxil olan məlumatlar onu göstərir ki, danışıqlar prosesində irəliləyiş yoxdur və fərq gözlənilmir.
“Nəinki irəliləyiş yoxdur, hətta əvvəllər tərəflər arasında müsbət şəraitdə əldə edilən razılaşmalar da tapdalanır. Bu təbii ki, narahatedici olmaya bilməz. Ona görə ki, hərəkətsiz və məntiqli danışıqlar olmadan münaqişə indiki vəziyyətin qeyri-müəyyən vaxtadək davamiyyətinə məhkum edilib. Bu uzunmüddətli həll edilməyən münaqişə və hər an müharibə başlaya biləcək təhlükəyə çevrilir. Hesab edirəm ki, bu münaqişə ərzində tərəflər artıq bu kimi vəziyyətlərə diplomatik, siyasi və hərbi arsenalla reaksiya verilməsini tamamilə tükədiblər. Hətta nəyin susdurucu rol oynaya biləcəyini demək belə çətindir. İstənilən halda ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında görüşləri davam etdirmək lazımdır. Tərəflər həyat məhrum edən, bu atışmalara sərt reaksiya verməlidirlər. Yaranmış vəziyyət hücum etməyən tərəfə həmsədrlərin köməkliyi ilə öz gündəmini irəli çəkməyə imkan verir. İndiki halda danışıqlar prosesində uğurlar olmadığı vəziyyətdə tərəflər atəşkəs mexanizminin möhkəmləndirilməsi istiqamətində iş apara bilərlər”, - deyə Lukyanov bildirib.
Xatırladaq ki, ötən günlər ərzində Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı ardıcıl təxribatlar həyata keçirilib.
Alpər Mövludoğlu
Ordu.az