Erməni əsgər aprel döyüşləri barədə: “Bu hərbi əməliyyat razılaşdırılmışdı”

2019/07/67411-1564471498.jpg
Oxunub: 15099     11:18     30 İyul 2019    
“Bu, hərbi əməliyyat yolu ilə torpaqların təhvil verilməsi üçün razılaşdırılmış döyüş olub”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri 2016-cı il aprelin 4-də cəbhə xəttindəki hərbi əməliyyatlar zamanı baş beyin xəsarəti almış müddətli xidmət hərbi qulluqçusu, tankçı Danile Davtyan deyib.

O qeyd edib ki, bunun nəticəsində bədəninin sol tərəfi tamamilə zəifləyib, sağ tərəfi isə qəlpələrlə doludur. Döyüşlər başlayarkən, onun tərxis olaraq evə qayıtmasına cəmi bir ay qalmışdı

Davtyan verdiyi müsahibəsində bildirib ki, həyəcan siqanlı verildikdən sonra öz şəxsi heyəti ilə birlikdə Madagiz yaşayış məntəqəsində yerləşən döyüş mövqelərinə gedib.

“Yaralandığım vaxtadək bizə hər hansı canlı qüvvə və ya texnika yardımı gəlməyib. Bu, hərbi əməliyyat yolu ilə torpaqların verilməsi üçün razılaşdırılmış döyüşlər olub”, - deyə Davtyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin