Ermənistan ordusunda törədilən cinayətlər müstəntiqlərin biznesinə çevrilib

2018/08/Untitled-5-5_1518855585_1534743389.jpg
Oxunub: 22819     20:43     15 İyul 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində törədilən cinayətlər hərbi prokurorluq müstəntiqlərinin əməlli başlı biznesinə çevrilib.

Ordu.az xəbər veirr ki, müstəntiqlərin külli miqdarda rüşvət müqabilində hərbi hissədə baş verən cinayətləri ört-basdır etməyə çalışması növbəti qalmaqala səbəb olub. Bu da öz növbəsində əsgər valideynləri tərəfindən narazılıqla qarşılanıb.

Xəbərdə bildirilir ki, valideynlərin yazılı müraciəti nəticəsində hərbi prokurorluğun müstəntiqi Noray Qasparyan müvəqqəti işdən uzaqlaşdırılıb və onun icraatında olan cinayət işləri yenidən araşdırılır.

Bir çox valideynlər rüşvət verərək övladlarını cinayət məsuliyyətindən azad etdiklərini yazmaqdan qorxsa da artıq iki hadisə üzrə valideynlər istintaqla əməkdaşlığa razılıq veriblər. Yura Hayrapetyan və Meis Hovhanesyanın valideynləri haqsızlığa uğramış övladlarının xilası üçün külli miqdarda rüşvət ödədiklərini təsdiq ediblər.

Cinayət işi açılıb, istintaq aparılır. Fakt sübuta yetirilərsə müstəntiq N.Qasparyan və ona bu işdə yardımçı olan bir neçə zabitin də həbs ediləcəyi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Korrupsiya  


Bizi "telegram"da izləyin