Ordu.az-ın Qarabağ bürosunun məlumatına görə, işğalçı ordu Ağdam rayonunun Uzundərə adlanan ərazisində tank bölmələrinin atış təlimlərinə başlayıb.
Hazırda davam edən təlimlərin partlayış səsləri cəbhə ətraflı yaşayış məntəqələrindən açıq-aydın eşidilir.
Atışlar zamanı torpaq titrəməsi baş versə də, insanlar arasında heç bir təşviş yoxdur.
Qeyd edək ki Ermənistan ordusu bir neçə gün əvvəl sözügedən əraziyə bir tank briqadası gətirib.
Elgün Gəncimsoy
Ordu.az