Ermənistan və Rusiya birgə hərbi təlimlər keçirəcək

2019/07/98068-1562228704.jpg
Oxunub: 31412     12:12     04 İyul 2019    
“Bu təlimlərdən ikisi geniş miqyaslı olacaq”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyan deyib.

Onun sözlərinə görə, qarşıya qoyulmuş tapşırıqlar müdafiə və hücum olmaqla müxtəlifdir.

“Bu təlimlərdən ikisi geniş miqyaslı olacaq. Qarşıya qoyulmuş tapşırıqlar müdafiə və hücum olmaqla müxtəlifdir”, - deyə Hovhannisyan bildirib.

Ermənistanın keçmiş Müdafiə naziri Vağarşak Harutyunyan isə qeyd edib ki, bunlar planlaşdırılmış tədbirlərdir.

“Biz Azərbaycan-Türkiyə hərbi təlimlərini çox yaxşı izləyirik. Bu il iki dəfə keçirilib. Bu iki təlimdən biri Naçxıvanda baş tutdu. Naxçıvan bizim üçün olduqca vacib istiqamətdir. Rusiya-Ermənistan hərbi təlimləri bu baxışdan nəzərdən keçirilməlidir”, - deyə Harutyunyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-Rusiya   Təlim  


Bizi "telegram"da izləyin