Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Jağovurd” nəşri yazıb.
Nəşrə görə, artıq nazirlikdə dəyişikliklər başlayıb və ciddi prosesə start verilib.
“Ermənistanın hərbi komissarı, general-mayor Henrik Muradyan vəzifəsindən azad olunub. O, vəzifəsindən yaşına görə azad olunub. Bundan başqa, Müdafiə Nazirliyində ciddi prosesin artıq başlaması ilə bağlı məlumatlar var”, - deyə “Jağovurd” bildirib.
Xatırladaq ki, nəşr əvvəlki saylarında Ermənistan Müdafiə Nazirliyində yeni struktur dəyişiklikləri dalğasının başladığını yazıb: “Və budur, bizdə olan məlumatlara görə, əsasən Baş idarələr yaradılır və bundan çıxış etməklə yeni struktur dəyişiklikləri olacaq. Yaxın gələcəkdə nazirlikdə rəhbər heyətində ciddi dəyişikliklərin baş verməsi, bir neçə şəxsin vəzifəsindən azad olunması gözlənilir və bu təyinatlar gözlənilməz olacaq”.
Qeyd edək ki, Henrik Muradyan bu vəzifəyə 2013-cü ilin iyunun 10-da təyin olunub.
Alpər Mövludoğlu
Ordu.az