Məmmədyarov: "Malayziyanın münaqişəyə dair dair mövqeyini yüksək qiymətləndiririk"

2019/05/908f1-1557831160.jpg
Oxunub: 14581     14:12     03 İyul 2019    
"Malayziya Cənub-Şərqi Asiya Millətləri Asosiasiyası (ASEAN – Assosiation of Southeast Asian Nations) məkanında və İslam dünyasında Azərbaycanın mühüm tərəfdaşlarındandır".

Ordu.az xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov iki ölkə arasında diplomatik münasibətlərin 100 illiyi münasibətilə Malayziyanın “Bernama” dövlət televiziyasına verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Malayziya arasındakı ikitərəfli əməkdaşlığın hər iki xalqın mənafeyi baxımdan geniş potensialı mövcuddur.

"Malayziya ASEAN məkanında və islam dünyasında Azərbaycanın mühüm tərəfdaşlarındandır, hər iki ölkə birgə fəaliyyət göstərərək dostluq, qarşılıqlı anlaşma və qarşılıqlı etimad prinsiplərinə əsaslanan dialoq aparırlar".

Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunan E.Məmmədyarov Malayziya dövlətinin buna dair mövqeyini yüksək qiymətləndirdiklərini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Malayziya   Qarabağ  


Bizi "telegram"da izləyin