Ombudsman aparatının nümayəndələri HDQ-də olublar

2019/03/3d0d6-1553075821.jpg
Oxunub: 592     13:55     20 Mart 2019    
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinın (OMBUDSMAN) birgə tədbirlər planına əsasən Ombudsman aparatının nümayəndələri Hərbi Dəniz Qüvvələrinin hərbi hissələrində olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və böyük məsləhətçi Murad Babayev matrosların sosial-məişət şəraiti ilə tanış olaraq yataqxanalara, yeməkxanalara baxış keçirib, ərzaqların saxlanma anbarlarına baş çəkiblər.

Görüşlər zamanı Ombudsman aparatının üzvləri hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyub və hərbi dənizçiləri maraqlandıran sualları cavablandırıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Ombudsman   HDQ  

Ombudsman aparatının nümayəndələri HDQ-də olublar

2019/03/3d0d6-1553075821.jpg
Oxunub: 593     13:55     20 Mart 2019    