Ordu.az erməni KİV-lərə istinadən xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak danışıb.
İrəvanda baş tutan mətbuat konfransında Layçak, Qarabağa səfər etməyə, buradakı əhali ilə danışaraq onların mövqeyini başa düşməyə hazır olub-olmaması ilə bağlı suala belə cavab verib: “Bu münaqişənin həllinin tapılması üçün faydalı ola biləcək hər şeyi etməyə hazıram. Konkret addımlara gələndə, mən ATƏT-in Minsk Qrupunun həmsədrləri və Andrey Kaspşikə təmamilə inanıram. Bu yerdə mən nə edirəm? Mən onlarla yaxın əməkdaşlıq və koordinasiya saxlayıram”.
Ağalar Ağalarlı
Ordu.az