Erməni politoloq: "Biz, uzadılmış və qeyri-müəyyən statusu olan atəşkəsə sahibik"

2019/03/hordo-1552466738.jpg
Oxunub: 759     14:47     13 Mart 2019    
"Biz, uzadılmış və qeyri-müəyyən statusu olan atəşkəsə sahibik, müharibə hələ başa çatmayıb".

Ordu.az xəbər verir ki, bu sözləri erməni politoloq Alen Gevondyan “Şant” televiziyasının “Herankar” (Perespektiv) verilişində çıxış edərkən bildirib.

O qeyd edib ki, Ermənistan uzadılmış və qeyri-müəyyən statusu olan atəşkəsə sahibdir.

"Biz, uzadılmış və qeyri-müəyyən statusu olan atəşkəsə sahibik, müharibə hələ başa çatmayıb. Güc tətbiqinin ehtimalı təhdidi altında danışıqlar zamanı güzəştlər qopartmaq strategiyası mövcuddur ki, biz buna getməmişik. Buna görə də, Azərbaycanın hərbi əməliyyatlar yolu ilə problemin həllinə dair baxışları vasitəçilərin iştirakı ilə istisna olunarsa, o halda danışıqlar masasına qayıdacağıq", - deyə politoloq bildirib.

Onun sözlərinə görə, bu, Qarabağ münaqişəsinin həlli imkanları çərçivəsində bir mühit yaradır.

"Lakin bu kontekstdə bir sıra avropalı tərəfdaşların status-kvonun bundan sonra qəbulolunmaz olduğunu deməsi təsadüfi deyil və tərəflər ağrılı qarşılıqlı güzəştlərə getməlidirlər. Bu barədə Brüsseldə də müzakirə edilib", - deyə Gevondyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Atəşkəs   Müharibə  

Erməni politoloq: "Biz, uzadılmış və qeyri-müəyyən statusu olan atəşkəsə sahibik"

2019/03/hordo-1552466738.jpg
Oxunub: 760     14:47     13 Mart 2019    