Qarabağda Babayana qarşı koalisiya? - Vəziyyət gərginləşir

2019/03/_9526-1551862457.jpg
Oxunub: 11172     12:52     06 Mart 2019    
Məlum olduğu kimi, işğal altında olan Qarabağda qüvvələrin yenidən qurulması və mövqe seçimi prosesi başlayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, xüsusilə Samvel Babayanın qondarma qurumun "rəhbəri vəzifəsi"nə namizədliyinin irəli sürülməsi arzusunda olması, Qarabağda müxalif qüvvələrin cəbhəsində müəyyən qarışıqlıq yaradıb. Çünki Samvel Babayanın şəxsiyyətinə qarşı münasibət, yumşaq dillə desək birmənalı deyil.

Məsələn, Hadrutda müxtəlif "vəzifə"lər tutmuş Vahan Badasyan, hətta bəyan edib ki, Babayanı müxalifət hesab etmir. O, bununla da Babayanın qondarma qurumdakı "hakimiyyət"lə müəyyən münasibətlərdə olduğu şübhəsinə işarə edib. Badasyan müsahibələrindən birində, vaxtilə onların 7-8 il ərzində "Samvel Babayan diktaturasına qarşı" mübarizə apardıqlarını xatırladıb.

Məlumatlara görə, "Sasna Tsrer" partiyasının bəzi tərəfdarları da öz növbəsində hələlik qeyri-rəsmi olaraq, müxtəlif söhbətlər zamanı 90-cı illərdə Samvel Babayanın davranış tərzi və fəaliyyəti baxımından ehtyatla danışırlar.

Yeri gəlmişkən, son zamanlar Samvel Babayan özü də bəyan edib ki, Jirayr Sefilyanla Qarabağ məsələsində ziddiyyətləri olduğuna görə ünsiyyət saxlamır.

Qarabağdakı mənbələrin məlumatına görə, qarşıdakı günlər ərzində digər xadimlər, o cümlədən müxalifətçi "deputat" Hayk Xandoyan da bəyanatla çıxış edəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Babayan  


Bizi "telegram"da izləyin