"168.jam": Ermənistan-NATO gələcək əməkdaşlığı təhlükə altındadır

2019/03/4bprf-1551857327.jpg
Oxunub: 22588     11:25     06 Mart 2019    
"Nikol Paşinyanın hökuməti, hər fürsətdə cəmiyyəti xarici aləmlə münasibətlərin parlaq olduğuna inandırmağa çalışsa da, hər şey göründüyü kimi deyil".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın "168.jam" nəşrinin məqaləsində qeyd olunub.

Nəşrin məlumatına görə, xüsusilə Ermənistan-NATO gələcək əməkdaşlığı təhlükə altındadır.

"Çünki, yeni inqilabçı hakimiyyətin iddia etməsinə baxmayaraq, rus-erməni münasibətləri öz axarına düşmür. Bunun məntiqi nəticəsi olaraq Ermənistan hökuməti Avropa və NATO qurumları ilə əməkdaşlığı lazımi səviyyədə qura bilmir.

Faktiki olaraq, Avropa İttifaqı-Ermənistan müqaviləsinin tətbiqi və təsdiqlənməsinin yerində addımlaması məsələsi bunun cəmi bir hissəsidir. Etibarlı mənbələrin verdiyi məlumata görə, NATO ilə münasibətlərdəki problemlər daha ciddidir.

Məsələ burasındadır ki, Ermənistan ilk dəfə 2005-ci ildə imzalamış və 2006-cı ildən başlayaraq "Fərdi tərəfdaşlıq fəaliyyəti" proqramını həyata keçirməyə başlayıb.

Bu, 2017-ci ildən qüvvəyə minib və faktiki olaraq 2019-cu ildə başa çatan fəaliyyətin 5-ci proqramının 5-ci IPAP layihəsi tamamlanır. Əvvəlki hakimiyyətin dövründə başlanılmış prosesin 6-cı layihəsi çərçivəsində işlərə hazırlıq başlanılıb. Lakin məlum olubb ki, İPAP layihəsində Ermənistanın cəlb edilməsi hökumət tərəfindən sual altına alınıb.

Lakin hansı dövlət qurumu səbəbindən "Fərdi tərəfdaşlıq fəaliyyəti" proqramının 6-cı İPAP layihəsinin qadağan olunması anlaşılmazdır.

Aydındır ki, bu, Müdafiə Nazirliyi ola bilməz, çünki nazir Davit Tonoyan NATO-da Ermənistanın nümayəndəsi kimi Brüsseldə işləyib və belə problemlər yaradacağı ehtimalı yoxdur.

Çox güman ki, prosesə hökumət administrasiyası və ya Xarici İşlər Nazirliyi tərəfindən maneçilik törədilir. Bu qurumlar xüsusilə KTMT ilə əlaqədar inkişaf proseslərini, Baş nazir Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə rəsmi görüşünün hələ də baş tutmadığını nəzərə alaraq, Rusiya ilə qeyri-müəyyənlik səbəbindən diqqətli davranmağa çalışırlar. Onlar elə diqqətli davranmağa çalışır ki, hətta Rusiyanın narazılığından yayınmaq üçün İPAP-ın 6-cı planını hazırlamaqdan da çəkinirlər.

Göründüyü kimi, etibarlı mənbələrin verdiyi məlumata əsasən, bir həftə sonra NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın Ermənistana səfəri gözlənilir. Bu səfər zamanı onun Ermənistanla NATO arasındakı gələcək əməkdaşlıq perspektivlərini hökumət rəsmiləri və vəzifəli şəxslərlə danışıqlar yolu ilə başa düşməyə çalışacağı bildirilir", - deyə nəşr Ermənistan və NATO arasındakı qeyri-müəyyən münasibətləri bütün çılpaqlığı ilə izah edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   NATO  


Bizi "telegram"da izləyin