Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə dünən "Yerablur"da jurnalistlərlə söhbəti zamanı Ermənistan parlamentinin "Mənim Adımım" fraksiyasının deputatı, "Sasun" dəstəsinin komandiri, "Yerkrapah" təşkilatının sədrliyinə namizəd olan Sasun Mikaelyan, işğal altında olan Qarabağdakı ərazilərin təhvil verilməsi barədə səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
"Bəzilərinin dividentlər əldə etməsi üçün torpaq qaytarılması ideyası ortaya atılıb. Belə bir şey ola bilməz. Biz torpaq qaytaran yox, torpaq qoruyan və azad edənlərik. Biz "Yerkrapah"larıq", - deyə Mikaelyan bildirib.
Qeyd edək ki, Ermənistan Müdafiə naziri Davit Tonoyanın məlum bəyanatı və MTX rəisi Artur Vanetsyanın işğal altında olan ərazilərimizə gələrək təxribatçı açıqlamalarından sonra, "Yerkrapah" hərbi təşkilatının sədrliyinə namizəd olan şəxsin bu açıqlaması, Ermənistanın münaqişənin sülh yolu ilə həllini arzulamadığını bir daha ortaya qoyur.
Alpər Mövludoğlu
Ordu.az