Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbi hissə komandirinin əmrinə əsasən, hərbi hissənin ərazisində tikilinin sökülməsi nəticəsində yararlı maddi vəsaitlər, dəmir-beton plitələr və tuf daşlarını, hərbi hissənin kommunal tikinti xidmətinin hesabına mədaxil etmək əvəzinə ayrı-ayrı fiziki şəxslərə satılıb.
Bundan başqa hərbi hissə ərazisində olan 2 ədəd kunq tipli hərbi əmlakın hərbi hissənin hesabında qeydə alınmadan saxlanıldığı məlum olub.
Şəxsi maraqlarına uyğun olaraq, vəzifə səlahiyyətləri aşan erməni hərbi hissə komandiri həmin kunqların qardaşı tərəfindən istifadə edilən torpaq sahəsinə aparılmasını təşkil edib. Onun bu addımları nəticəsində dəymiş ziyan və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı hərbi prokurorluq tərəfindən cinayət işi başlanılıb.
Alpər Mövludoğlu
Ordu.az