Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri ATƏT sədri ilə görüşüb

2019/03/d4415-1551794188.jpg
Oxunub: 25058     16:56     05 Mart 2019    
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla görüşüb.

Ordu.az xəbər verir ki, bunu icma rəhbəri bildirib.

"Bu gün Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının üzvləri ATƏT-in Fəaliyyətdə olan sədri cənab Miroslav Layçak ilə görüş keçirdim. Biz inanırıq ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hər iki icması Azərbaycanın beynəlxalq tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində birgə mövcud olmalıdır", - deyə T.Gəncəliyev vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin