Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, Qarabağdakı mövcud status-kvo qəbuledilməzdir.
"Aİ Minsk qrupunun həmsədrlərini və onların təkliflərini təmamilə dəstəkləyir. Ermənistan və Azərbaycan liderləri arasında ən son təmaslardan ilhamlanaraq, bölgədəki gərginliyin azalmasını alqışlayıram. Əminik ki, Dağlıq Qarabağ münaqişəsi zonasındakı mövcud status-kvonun saxlanılması uzun müddət davam edə bilməz. Münaqişənin hərbi həll yoxdur və tezliklə siyasi həllinə etiyyac var", - deyə Tusk vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az