"ATƏT-in Minsk qrupunun beynində ekzotik variantlar mövcuddur" - EKSPERTLƏR

2019/03/Talis-1551789699.jpg
Oxunub: 20471     16:35     05 Mart 2019    
"ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparan tərəflər olan Ermənistan və Azərbaycana mübahisəli ərazilər müqabilində Qarabağın Ermənistana birləşdirilməsi variantı təklif edilir. Lakin hər iki tərəf təklif edilən münaqişənin həll variantına razı deyil".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə sensasiyaya hesablanmış açıqlamanı erməni politoloq Andreas Qukasyan bildirib.

O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində dəyişikliklər olduğunu qeyd edib.


"Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar qapalıdır. Həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətinə, həm də Qarabağda məskunlaşan əhaliyə ölkə rəhbərləri, Xarici İşlər nazirləri səviyyəsində vaxtaşırı baş tutan görüşlərin məzmunu barədə heç nə məlum deyil", - deyə o qeyd edib.

İrəli sürülən variantlar nə dərəcədə real ola bilər? Danışıqlar tərəflərinə vasitəçilərin yeni-yeni sənəd təqdim etdiklərinə dair hansı əlamətlər var?

Bu sualı cavablandıran politoloq, Avrasiya ideologiyaları fondunun ekspertlər şurasının sədri, təhlükəsizlik, müdafiə və xarici siyasət məsələləri üzrə ekspert, Qriqori Trofimçuk qeyd edib ki, ATƏT-in Minsk qrupunun beynində bu cür ekzotik variant layihələrin olduğu istisna edilmir.


O hesab edir ki, vasitəçilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi müqabilində keçmiş DQMV ətrafı rayonlarının Azərbaycana qaytarılması təklif edirlər.

Digər tərəfdən Trofimçuk, rəsmi İrəvanın mövqeyi və yanaşmalarında bəzi müəyyən dəyişikliklərin olduğunu qeyd edir.

"Ərazilər müqabilində sülh razılaşmasını inkar edən Paşinyan, son 20 ildə formalaşmış danışılar prosesinin mahiyyətini dəyişib", - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin