Ordu.az "Sputnik Armeniya" istinadən xəbər verir ki, bu il yanvarın 1-dən fevralın 20-dək Ermənistan ordusunun 4 hərbçisinin ölüm faktı öz təsdiqini tapıb.
Baş Prokurorluq vurğulayıb ki, onların ölümü xidməti vəzifəsi ilə bağlı deyil: "Hesabat dövründə onlardan ikisi xəstəlikdən, ikisi isə qəza hadisəsi nəticəsində ölüb".
Məlumata görə, müqavilə əsasında xidmət edən Q.Q.Çobanyan cari il yanvarın 1-də İrəvan-Noyemberyan avtomobil yolunda baş vermiş avtomobil qəzası nəticəsində, yanvarın 6-da hipertoniya və ürəyin işemiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilən gizir S.Q.Gevorkyan isə bir müddət sonra ölüb.
Müqavilə əsasında sıravi hərbçi X.S. Gevorkyan yanvarın 13-də İran vətəndaşının idarə etdiyi yük maşını ilə toqquşub və bir müddət sonra ölüb. Polkovnik-leytenant K.T.Lalayan isə təcili tibbi yardım maşınında xərçəng xəstəliyindən ölüb.
Alpər Mövludoğlu
Ordu.az