"Ermənistan yeni atom stansiyası tikməyin imkanlarını axtarır" - Paşinyan

2019/01/e645-1548229646.jpg
Oxunub: 10761     11:46     23 Yanvar 2019    
"Ermənistan hökumətinin nümayəndələri yeni AES-in tikilməsi imkanlarını Rusiya, Avropa və Çində axtarırlar".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "RIA Novosti"yə müsahibəsində bildirib.

Paşinyanın sözlərinə görə, bu, yalnız fiziki quruluş məsələsi deyil, həmçinin investisiya və maliyyə tapılması da çox vacibdir.

"Hazırda atom stansiyasının istismarı müddətinin genişləndirilməsi lahiyəsi var. İndi bu lahiyənin uğurla həyata keçirilməsi bizim üçün prioritetdir. Əlbəttə, biz eyni zamanda yeni atom stansiyasının tikilməsi mümkünlüyünü müzakirə edirik. Təəssüf ki, hələ ki konkret heç nə deyə bilmərəm, ancaq bu məsələni biz potensial tərəfdaşlarımızla müzakirə edirik. Atom enerjisi Ermənistan üçün çox vacibdir", - deyə o sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin