Ermənistanda əsgərlərin iştirakı ilə baş verən qəzadan yeni detallar

2019/01/40ff9-1548224505.jpg
Oxunub: 17527     10:12     23 Yanvar 2019    
Ermənistanda avtoqəza nəticəsində həlak olmuş əsgərlərin işi üzrə istintaq orqanı, ekpertləri yekun nəticənin təqdim edilməsini tezləşdirməyə çağırıb.

Ordu.az "Joğovurd" nəşrinə istinadən xəbər verir ki, məhz bu nəticədən sonra komandir heyətindən kimin səhlənkarlıq göstərərək əsgərlərin ölümünə səbəb olduğu aydınlaşacaq.

Xatırladaq ki, hadisə 2017-ci ilin noyabrın 7-də, saat 13:00 radələrində baş verib. Ermənistandakı "N" saylı hərbi hissənin balansında olan "Kamaz" markalı avtomobil Vorotan-Xndzoresk yolunun 5-ci km hissəsində yoldan çıxıb və dərəyə yuvarlanıb. Hadisə nəticəsində dörd erməni əsgər ölüb, avtomobilin içərisində olan digər hərbiçilər isə müxtəlif bədən xəsarətləri alaraq hərbi hospitala yerləşdiriliblər.

Baş vermiş hadisə üzrə cinayət işi açılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Qəza  


Bizi "telegram"da izləyin