Krılovdan İrəvana: "Rusiya ilə münasibətlərin kəsilməsi intihara bərabərdir"

2019/01/aleks-1548220972.jpg
Oxunub: 15361     09:10     23 Yanvar 2019    
"Postsovet ölkələrinin bəzilərinin siyasəti milli maraqlarına cavab vermir".

Ordu.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi, politoloq Aleksandr Krılov “İrəvan-Moskva” video-konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Rusiya ilə münasibətlərin kəsilməsini yalnız özünəqəsd etməklə izah etmək olar.

"Deyilən siyasətlə qərbin xarici siyasi vektorunu seçmək, liberal dəyərləri qəbul etmək olar. Bütün bunları anlamaq olar, lakin əslində öz ölkələrini süverenlikdən məhrum edən elitanın mövqeyi anlaşılan deyil. İqtidarda olan elitanın gəlirləri, yaxşı yaşamağı sevdiyi anlaşılandır, lakin öz xalqının maraqlarını qurban verilməsi...?", - deyə ekspert bildirib.

Ermənistan barədə danışarkən Krılov qeyd edib ki, hakimiyyətə gəlməyə iddia edən qüvvələr Rusiyadan uzaq durmaq, siyasi istiqaməti dəyişmək haqqında şüarlar səsləndirirdilər.

"Lakin hakimiyyətə gəldikdən sonra şüarları dəyişdi. Bu obyektivdir, çünki məsələyə Ermənistanın milli maraqları baxımından diqqət etsək, o zaman siyasi kursu Rusiya ilə münasibətlərin kəsilməsi istiqamətində aparmaq olmaz. Bu, Gürcüstan və ya Ukrayna misalında intihara bənzəyir. İndi yeni münasibətlərin yaradılması mərhələsidir, nəsil dəyişib, yeni liderlər gəlib, baş nazirə dəstək verən parlament var, islahatlar mərhələsi açılıb", - deyə politoloq əlavə edib.

O qeyd edib ki, xarici siyasi vektorun dəyişməməsi barədə bəyan etməsi Ermənistan üçün dəyərləndirilən haldır. Eyni zamanda əgər islahatlar olmasa, ictimai fikir dəyişəcək və ölkənin yeni proqramlarla yeni bir hökumətə sahib olması lazımdır, deyə həmin məsələ ortaya çıxacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin